Bank Of Baku

Rusiya qitələrarası ballistik raketi sınaqdan çıxarıb

Rusiya qitələrarası ballistik raketi sınaqdan çıxarıb
# 27 dekabr 2011 15:14 (UTC +04:00)
Moskva-APA. Rusiya РС-18 (УР-100Н УТТХ) qitələrarası ballistik raketi sınaqdan çıxarıb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polkovnik Vadim Koval bildirib ki, sınaqlar uğurla başa çatıb. Sınaq Baykonur kosmodromunda keçirilib. Sınaqdan çıxarılan raket 1978-ci ildə istehsal olunub və 2009-cu ilə kimi raket diviziyalarında döyüş növbəsində istifadə olunub. Sınağın məqsədi istifadə müddəti 32 ilə kimi artırılan bu tip raketlərin əsas uçuş-texniki xarakteristikasının stabilliyinə əmin olmaqdır.
Qeyd edək ki, hərbi mənbələr bu raketlərin istifadə müddətinin 36 ilədək artırılacağını bildirirlər. Müdafiə Nazirliyi perspektivdə bu raketləri yeni ballistik raketlərlə əvəzləmək niyyətindədir. Yeni silahın yaradılmasına 23 trilyon rubl vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR