Bank Of Baku

Vladimir Jirinovski və Gennadi Züqanovun prezidentliyə namizədlikləri qeydə alınıb

Vladimir Jirinovski və Gennadi Züqanovun prezidentliyə namizədlikləri qeydə alınıb
# 28 dekabr 2011 12:23 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun prezidentliyə namizədliklərini qeydə alıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V. Jirinovski daha əvvəl dörd dəfə (1991, 1996, 2000, 2008), G. Zuqanov isə üç dəfə (1996, 2008 və 2008) prezidentliyə namizəd olub.

MSK sənədlərin qəbulunu 2012-ci ilin yanvarın 18-dək davam etdirəcək. Qeydiyyatdan keçmək üçün hər bir namizəd 2 milyon imza toplamalıdır. Prezident seçkiləri 2012-ci ilin martın 4-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR