Bank Of Baku

Adıgey parlamenti Suriyada yaşayan çərkəzlərin tarixi vətənə qayıtmaq təşəbbüsünü dəstəkləyib

Adıgey parlamenti Suriyada yaşayan çərkəzlərin tarixi vətənə qayıtmaq təşəbbüsünü dəstəkləyib
# 28 dekabr 2011 16:28 (UTC +04:00)
Bakı-APA. Adıgey parlamenti Suriyada yaşayan çərkəzlərin Rusiyaya repatriasiya olunmağa kömək göstərmək xahişini müzakirə edib. APA-nın məlumatına görə, bununla bağlı Rusiya prezidenti, Dövlət Duması, Federasiya Şurası, Qaraçay-Çərkəz və Kabardin-Balkar respublikalarının başçılarına müraciət qəbul edən parlament onlardan çərkəzlərin Rusiyaya qayıtmasına yardım göstərməyi xahiş edib. Parlamentin bu təşəbbüsünü respublikanın rəhbəri Aslan Txakuşinov da dəstəkləyib. Onun sözlərinə görə, artıq Rusiya Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılır, Rusiyaya köçmək istəyən çərkəzlərin sayı dəqiqləşdirilir: “Türkiyədən sonra ən çoxsaylı adıgey diasporu Suriyada yaşayır. İrimiqyaslı vətəndaş müharibəsi nəticəsində onların məhv edilmə təhlükəsi yaranıb”.

Xatırladaq ki, artıq 115 nəfər Suriyalı çərkəz tarixi vətənlərinə qayıtmağa hazır olduqlarını bildiriblər.

19-cu əsrin ikinci yarısında Qafqaz Rusiya imperiyasının tərkibinə keçdikdən sonra 400 min nəfər, o cümlədən çərkəzlər vətənlərini tərk ediblər. Hazırda Rusiyada 700 min çərkəz yaşayır. Türkiyədəki azərbaycanlılar istisna olmaqla Qafqaz əsilli şəxslərin sayı 5-7 milyon nəfərdir. Müxtəlif məlumatlara görə, Suriyada 100-200 min adıgey yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR