Bank Of Baku

Qazaxıstanda yaşayan Ahıska türkləri Fransa parlamentinin qərarına öz etirazlarını bildiriblər

Qazaxıstanda yaşayan Ahıska türkləri Fransa parlamentinin qərarına öz etirazlarını bildiriblər
# 28 dekabr 2011 19:51 (UTC +04:00)
Almatı. Ramiz Məşədihəsənli – APA. Qazaxıstanda yaşayan Ahıska türkləri Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara keçirdikləri yığıncağında etiraz bildiriblər. APA-nın Orta Asiya bürosunun verdiyi məlumata görə, yığıncağı açan Dünya Ahiska türkləri Birliyinin prezidenti, Qazaxıstan Ahiska türkləri Milli Mədəniyyət Mərkəzinin sədri Ziyatdin Kassanov Fransa parlamentinin qəbul etdiyi qərarı ədalətsiz, haqsız və türk xalqına qarşı qərəz kimi dəyərləndirib.
“Tarixə diqqət yetirsək, ermənilər Osmanlı İmperiyası zamanı Ərzurum, Ərdahan, Qars, Ahıska vilayətlərində, iç Anadoluda yüz minlərlə türk-müsəlmanı qanına qəltan edərək, əsil soyqırımı törədiblər. Hələ sivil dünyamızın düz vaxtında ermənilər Xocalıda qətliam həyata keçiriblər, Azərbaycanın 20 faiz ərazisi indi də erməni daşnakların əlindədir. Erməni lobbisinin, daşnakların yuvası sayılan, həm də demokratiyadan dəm vuran və Avropada ədalət və demokratiya, kültür mərkəzi sayılan Fransada isə tarixin qanlı yaddaşına hopmuş bu soyqırımlara göz yumaraq, ağa qara deyən ermənipərəst deputatlar ədalətsiz qanunun qəbuluna nail olmaqla, insaniyyətdən uzaq addım ataraq Türkiyənin daxili işlərinə qarışırlar. Önümüzdəki il Fransada prezident seçkiləri keçiriləcək. Görünür Sarkozi erməni və ermənipərəst seçicilərdən indidən dəstək almaq məqsədilə həmin qanunun qəbuluna çalışıb. Mən eyni zamanda 1 milyona yaxın dünya Ahıska türkləri adından Fransa parlamentinin qəbul etdiyi qondarma ”erməni soyqırımı” ilə bağlı qərarını Türkiyənin daxili işlərinə qarışmağa, sabitliyi pozmağa, terroru qızışdırmağa, nəhayət Türkiyə hökumətinin Ermənistanla masa arxasında yaranmış problemlərin çözülməsinə dair irəli sürdüyü təklifi pozmağa doğru atılan yanlış bir addım kimi qiymətləndirirəm”, deyə Ziyatdin Kassanov bildirib.
Yığıncaqda çıxış edən başqa Ahıska türkləri də bu ədalətsizliyə qarşı fikirlərini bildirib, 1917-ci ildə Moskva qəzetlərinin birində “Ermənilər Osmanlı türklərinə arxadan bıçaq sapladılar” ifadəsinin də yer aldığı bir məqalədən sitat gətiriblər.
Sonda Fransa parlamentinin qəbul etdiyi ədalətsiz qərara etiraz bəyanatı imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR