Bank Of Baku

Qırğızıstan prezidenti: ““Manas” hava limanındakı ABŞ hərbi bazası bağlanmalıdır”

Qırğızıstan prezidenti: ““Manas” hava limanındakı ABŞ hərbi bazası bağlanmalıdır”
# 29 dekabr 2011 08:16 (UTC +04:00)
Bakı – APA. ““Manas” beynəlxalq hava limanındakı ABŞ hərbi bazası ölkə üçün təhlükə törətdiyi üçün bağlanmalıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almaz Atambayev deyib. O bildirib ki, mülki hava limanında hərbi aviabaza Qırğızıstana lazım deyil: “Biz istəyirik ki, “Manas” sadəcə mülki aeroport olsun”.

A. Atambayev 2014-cü ildə ABŞ-la bağlanmış müqavilə başa çatdıqdan sonra aviabazanın bağlanacağı barədə Amerika tərəfini məlumatlandırdıqlarını söyləyib: “Amerikalılar 2014-cü ildə ya “Manas”dan çıxmalı, ya da Rusiya və ya başqa ölkələrlə birlikdə oranı mülki daşımalar mərkəzinə çevirməlidir”.

A. Atambayev bu qərarın Rusiyanı təzyiqi ilə alındığı haqda iddiaları təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR