Bank Of Baku

Rusiyaya külli miqdarda həşiş aparan iki Azərbaycan vətəndaşının məhkəməsi keçiriləcək

Rusiyaya külli miqdarda həşiş aparan iki Azərbaycan vətəndaşının məhkəməsi keçiriləcək
# 29 dekabr 2011 13:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Həştərxanda Rusiyaya qaçaqmalçılıq yolu ilə böyük miqdarda həşiş aparan iki Azərbaycan vətəndaşının məhkəməsi keçiriləcək. APA-nın Rusiya Baş Prokurorluğuna istinadən verdiyi məlumata görə, saxlanılan Əliməmməd Şükürov və Əzizağa Məmmədov qanunsuz narkotik alverinə görə ittiham olunurlar. Təqsirləndirilən şəxslər 2011-ci ilin fevralında saxlanıblar. Aparılan təhqiqat zamanı onların naməlum şəxslərlə birlikdə Xəzər dənizi vasitəsilə İrandan Həştərxana həşiş gətirilməsini təşkil etdiyi məlum olub. Narkotik vasitə xurma yeşiklərində gizlədilərək Rusiya ərazisinə keçirilib. Qaçaqmalçılar yükü Yekaterinburqa aparmaq istəyərkən həbs olunublar. Saxlanılan şəxslərdən 53 kiloqram Əfqanıstan mənşəli həşiş götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR