Bank Of Baku

Yuliya Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib

Yuliya Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib
# 06 yanvar 2012 10:50 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib. APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Çexiya hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Aleksandr Timoşenkonun siyasi sığınacaq almaq üçün keçən il müraciət etdiyi və hələlik ona müsbət cavab verilmədiyi bildirilir.

Qeyd edək ki, 2010-cu ildə Viktor Yanukoviçin hakimiyyətə gəlməsindən sonra sabiq baş nazir də daxil olmaqla, Timoşenko hökumətinin əksər nazirlərinə qarşı cinayət işi qaldırılıb. Bir il əvvəl sabiq iqtisadi inkişaf naziri Boqdan Danilişin Çexiyadan siyasi sığınacaq alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR