Bank Of Baku

Polis əməkdaşlarına silahlı hücum olub

Polis əməkdaşlarına silahlı hücum olub
# 07 yanvar 2012 11:01 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Kabarda-Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhərində 27 yaşlı şəxs polis əməkdaşlarına hücum edib. Alim Çeçenov adlı yerli sakin yol polisi əməkdaşlarının avtomobilinə yaxınlaşaraq və bir polisə bıçaqla xəsarətlər yetirib. APA-nın məlumatına görə, sonra, həmin polisin avtomatını götürən gənc avtomobildəki digər polislərə atəş açıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb və bunlardan ikisi sonradan xəstəxanada həlak olub. Cavab atəşi ilə A.Çeçenov öldürülüb.

Basqının səbəbləri hələ məlum deyil, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR