Bank Of Baku

Moskva şəhərindəki restoranda baş verən partlayış nəticəsində 2 nəfər ölüb

Moskva şəhərindəki restoranda baş verən partlayış nəticəsində 2 nəfər ölüb
# 09 yanvar 2012 14:02 (UTC +04:00)
Bakı – APA. Moskva şəhərinin cənub-qərbindəki italyan restoranında partlayış baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Novoçeremuşkinskaya küçəsində yerləşən restoranda əvvəlcə yanğın başlayıb. Yanğın zamanı 2 ədəd qaz balonu partlayıb. Nəticədə 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılardan biri uşaqdır. Binanın damı qismən uçub, bütün şüşələr qırılıb. Yanğın 250 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR