Bank Of Baku

Medvedev 2012-ci ili “Rusiya tarixi ili” elan edib

Medvedev 2012-ci ili “Rusiya tarixi ili” elan edib
# 09 yanvar 2012 16:23 (UTC +04:00)
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev “Rusiyada Rusiya tarixi ilinin keçirilməsi haqqında” fərman imzalayıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti açıqlama yayıb.

Fərmanda bildirilir ki, “Rusiya tarixi ili” cəmiyyətin diqqətinin Rusiya tarixinə və dünya tarixi prosesində Rusiyanın roluna cəlb etmək məqsədilə keçirilir.

“Rusiya tarixi ili”nin keçirilməsi ilə xüsusi yaradılmış təşkilat komitəsi məşğul olacaq. Komitə hansı tədbirlərin keçirilməsini müəyyənləşdirəcək.

Qeyd edək ki, 2012-ci ildə Rusiyanın Napoleon Fransası üzərində qələbəsinin 200 illiyi, Rus dövlətinin yaradılmasının 1150 illiyi və məşhur islahatçı baş nazir Pyotr Stolıpinin anadan olmasının 150 illiyi qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR