Bank Of Baku

Moskvada etiraz aksiyası iştirakçıları həbs edilib

Moskvada etiraz aksiyası iştirakçıları həbs edilib
# 10 yanvar 2012 19:26 (UTC +04:00)
Bakı-APA. Moskvada müxalif “Druqaya Rossiya” partiyasının üzvləri bu təşkilatın fəalı, 10 il müddətinə azadlıqdan məhrum olunan Taisiya Osipovaya dəstək nümayiş etdirmək məqsədilə icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar xırda qruplar şəklində Moskva metrosunun stansiyaları “Oxotnıy ryad”, “Sokolniki” və “Novokuznetskaya” qarşısında piketlər keçirməyə cəhd ediblər. Aksiyaya digər müxalif təşkilatların nümayəndələri də qatılıb. Polis etirazçılardan bir neçə nəfəri həbs edib.
Xatırladaq ki, rəsmi qeydiyyatdan keçməyən “Druqaya Rossiya” partiyasının fəalı Taisiya Osipova narkotiklərlə bağlı məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR