Bank Of Baku

Türkmənistanda “Siyasi partiyalar haqqında” qanun qəbul edilib

Türkmənistanda “Siyasi partiyalar haqqında” qanun qəbul edilib
# 11 yanvar 2012 08:49 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Türkmənistan parlamenti “Siyasi partiyalar haqqında” qanun qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeni qanun siyasi partiyaların yaradılması şərtlərini müəyyən edir və onların dövlətlə əlaqələrini tənzimləyir.

Qeyd edək ki, hazırda Türkmənistanda bir partiya - Türkmənistan Demokrat Partiyası fəaliyyət göstərir. Bu partiya 1991-ci ildə sabiq dövlət başçısı Saparmurat Niyazov tərəfindən yaradılıb. Onun ölümündən sonra indiki dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov partiyanın lideri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR