Bank Of Baku

Rusiya hökuməti Litva Baş Prokurorluğunun Mixail Qorbaçovu dindirmək istəyinə mənfi cavab verib

Rusiya hökuməti Litva Baş Prokurorluğunun Mixail Qorbaçovu dindirmək istəyinə mənfi cavab verib
# 11 yanvar 2012 16:20 (UTC +04:00)
Bakı – APA. Rusiya hökuməti Litva Baş Prokurorluğunun 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş qanlı hadisə ilə əlaqədar o vaxt SSRİ prezidenti olmuş Mixail Qorbaçovu dindirmək istəyinə mənfi cavab verib. APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, Rusiya öz mövqeyini 1959-cu ildə imzalanmış “Cinayət işlərində qarşılıqlı yardım”a dair Avropa Konvensiyası ilə izah edib. Konvensiyaya əsasən ölkə öz suverenliyinə, təhlükəsizliyinə, ictimai qaydalara zidd məqamlar görərsə bu cür müraciətləri mənfi cavablandıra bilər.

Xatırladaq ki, 1991-ci il yanvarın 13-də sovet əsgərlərinin Vilnüsdəki televiziya mərkəzinə hücumu zamanı 15 nəfər ölüb, 600-ə yaxın adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR