Bank Of Baku

Türkmənistan MDB-də sədrliklə bağlı konsepsiyasını açıqlayıb

Türkmənistan MDB-də sədrliklə bağlı konsepsiyasını açıqlayıb
# 12 yanvar 2012 10:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Türkmənistan MDB-də sədrlik edəcəyi 2012-ci ildə görüləcək işlərlə bağlı konsepsiyasını açıqlayıb. APA-nın xəbərinə görə, prioritet vəzifələr arasında MDB məkanında sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasına yönəlmiş proseslərin dəstəklənməsi, qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi üçün əlverişli şəraitin formalaşdırılması, enerji, nəqliyyat, rabitə və kommunikasiyalar sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəniyyət, humanitar, elm, təhsil və idman sahəsində əlaqələrin dəstəklənməsi və təşviq edilməsi məsələləri yer alıb.

Xarici siyasət sahəsində Türkmənistan bölgədə sabitlik və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə, münaqişələrin yaranma risklərinin qarşısının alınmasına dəstək vermək niyyətindədir.

Yeni sədr ölkə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verəcək. Türkmənistan enerji ehtiyatlarının nəqli məsələsi üzrə çoxtərəfli dialoqun qurulması, nəql prosesinin təhlükəsizliyi və etibarlılığının təminatı sahəsində tərəfdaşlarla fəal işi davam etdirəcək.

Mədəniyyət sahəsində isə Türkmənistan bu il MDB ölkələri yaradıcı və elmi ziyalılarının VII Forumunu keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR