Bank Of Baku

Rusiya İran neftinə sanksiya tətbiq olunmasına qarşıdır

Rusiya İran neftinə sanksiya tətbiq olunmasına qarşıdır
# 12 yanvar 2012 10:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Rusiya İrandan neft idxalına sanksiyaların tətbiqini pisləyib. APA-nın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, bu cür addımlar əvvəllər yalnız nüvə danışıqlarının gedişini çətinləşdirib. O, İrana qarşı hərbi əməliyyatları da yolverilməz sayıb: "İrana qarşı hərbi əməliyyat səhv addım olar. Çünki İranın nüvə proqramının dinc məqsədli olmasını müəyyənləşdirmək üçün hərbi yola ehtiyac yoxdur. Hərbi əməliyyat regional stabilliyin sarsılmasına, risklərin artmasına gətirib çıxara, dünya iqtisadiyyatına ciddi zərbə vura, yəni beynəlxalq sistemin əsasını laxlada bilər. Bu, tamamilə yolverilməzdir. Ona görə də belə həll üsulunu düşünənləri daha yaxşı düşünməyə və təmkinli olmağa çağırırıq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR