Bank Of Baku

2012-ci ilin iyun ayınadək Gürcüstanda yanacaq doldurma məntəqələrində kameralar quraşdırılacaq

2012-ci ilin iyun ayınadək Gürcüstanda yanacaq doldurma məntəqələrində kameralar quraşdırılacaq
# 12 yanvar 2012 16:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda yanacaqdoldurma məntəqələrində videokameralar quraşdırılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan iqtisadiyyat və sabit inkişaf naziri əmr imzalayıb. Əmrə əsasən, 2012-ci ilin iyunun 1-nə qədər yanacaq doldurma məntəqələrində video-görüntü sistemi quraşdırılmalıdır.

Gürcüstan neft məhsulları idxal ittifaqının sədri Vano Mtvralaşvili bu qərarın bir neçə səbəbə görə qəbul olunduğunu bildirib: “Benzindoldurma məntəqələri təhlükəli obyektlər hesab olunur. Buna görə də kameraların quraşdırılması təhlükəsizlik baxımından vacibdir. Bu kameraların quraşdırılması təhlükənin qarşısını almağa kömək edəcək. Kameraların sayı yanacaqdoldurma məntəqələrində infrastrukturun necə yerləşdirilməsindən asılıdır. Lakin kamera mütləq məntəqənin girəcəyini göstərməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR