Bank Of Baku

Vladimir Putinin seçki kampaniyası üçün 35 min dollara sayt hazırlanıb

Vladimir Putinin seçki kampaniyası üçün 35 min dollara sayt hazırlanıb
# 12 yanvar 2012 23:54 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyada prezident seçkilərinə az müddət qalmış prezidentliyə namizəd, hazırkı baş nazir Vladimir Putinin internet səhifəsi hazırlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, seçki kampaniyası üçün “RİA Novosti” tərəfindən saytın hazırlanması 1,1 milyon rubla (35 min ABŞ dolları) başa gəlib. Peskov saytın Putinin seçki kampaniyası büdcəsindən ayrılan vəsaitin hesabına yaradıldığını qeyd edib.
www.putin2012.ru internet səhifəsində Putinin tərcümeyi-halı, fəaliyyəti və siyasi düşüncələri yer alıb. Saytın ən mühüm bölümlərindən biri “Rusiyanı birlikdə dəyişdirək” adlı bölümüdür. Bu bölümdə seçicilər təklif və iradlarını birbaşa Putinə bildirə bilərlər.
D.Peskov Putinin seçki kampaniyası davam edərkən baş nazir postunda qalacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR