Bank Of Baku

Rusiyanın bir neçə tanınmış jurnalisti Putinin mükafatlandırma mərasiminə qatılmaqdan imtina ediblər

Rusiyanın bir neçə tanınmış jurnalisti Putinin mükafatlandırma mərasiminə qatılmaqdan imtina ediblər
# 13 yanvar 2012 10:37 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məşhur teleaparıcı Vladimir Pozner, publisist Dmitri Bıkov, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov, “Vokruq sveta” jurnalının əməkdaşı Sergey Parxomenko və yazıçı-publisist Qriqori Çxartişvili (Boris Akunin) Putinin mükafatlandırma mərasimini boykot etmək qərarına gəliblər.

Jurnalistlər bu yolla Putinə etirazlarını bildirmək istəyiblər.

Qeyd edək ki, Rusiyada ilk rus qəzeti “Vedomosti”nin nəşr olunduğu gün jurnalistlərin peşə bayramı günü kimi qeyd olunur. Hər il dövlət tərəfindən mətbuatın fəaliyyətində mühüm rolu olan şəxslərə mükafatlar verilir.

Rusiyada keçirilən son parlament seçkilərinin nəticələri bir sıra məşhur jurnalistlər tərəfindən etirazla qarşılanıb. Onlar seçkilərin nəticələrinin ləğv olunmasını, demokratik qaydada yeni seçkilər keçirilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR