Bank Of Baku

Gürcüstanda dəyişikliklər edilən yeni Seçki Məcəlləsi qüvvəyə minib

Gürcüstanda dəyişikliklər edilən yeni Seçki Məcəlləsi qüvvəyə minib
# 14 yanvar 2012 21:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Seçki Məcəlləsi dəyişikliklər edilərək çap olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 2012-ci ilin yanvarın 10-da yeni Seçki Məcəlləsi dəyişikliklər də daxil edilməklə bərabər “Qanunvericilik xəbərləri” jurnalında dərc olunaraq qüvvəyə minib. Məcəllə 108 səhifədən ibarətdir. Sənəddə 2012-ci ilin oktyabrında baş tutacaq parlament seçkiləri üçün nəzərdə tutulan bir çox seçki maddələri üzrə dəyişikliklər və yeniliklər edilib.
Məcəllədə ağır cinayət törətməyən və 5 ildən çox azadlıqdan məhrum olan məhbuslara da seçkilərdə iştirak etmək hüququ verilir. Məlumata görə, seçki ərəfəsində siyasi vəzifədə işləyən şəxslərə, qubernatorlara və rayon icra hakimiyyəti başçılarına təbliğat xarakterli tədbirlərdə iştirak etmək hüququ verilir. Xarici vətəndaşlar və təşkilatlar seçki kampaniyalarında iştirak edə bilməz.
Parlament seçkilərinin vaxtı prezident tərəfindən müəyyən edilir. Parlamentə dördillik müddətə 150 deputatın (77 deputat proporsional, 73 deputat isə majoritar sistem üzrə) seçilməyi nəzərdə tutulub.
Gürcüstan Seçki Məcəlləsində parlament üzvlüyünə 25 yaşından seçilmək, son 2 ildə ölkədə yaşayan şəxslərə və yaxud digər ölkədə konsul qeydiyyatında olan vətəndaşlara isə seçkilərdə iştirak etmək hüququ verilir.

Gələcək parlamentə Rusiya-Gürcüstan arasında olan avqust müharibəsindən sonra nəzarətdən çıxan Liaxv dərəsindən və Axalqori rayonundan majoritar deputatlığa namizədlərin seçkisi nəzərdə tutulmur. Məcəllədə deyilir: “Parlament seçkiləri zamanı işğal olunan Gürcüstan ərazilərində majoritar dairələr təşkil edilmir.”

Qeyd edək ki, Gürcüstanın yeni Seçki Məcəlləsi 2011-ci ilin dekabrın 27-də Gürcüstan parlamentində təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR