Bank Of Baku

Qazaxıstan müxalifəti kütləvi aksiyalara başlayır

Qazaxıstan müxalifəti kütləvi aksiyalara başlayır
# 16 yanvar 2012 11:52 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan Ümummilli Sosial-Demokrat Partiyası parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib və yanvarın 17-də Almatıda etiraz aksiyası təyin edib. APA-nın məlumatına görə, partiya seçkilərin nəticələrinin tanınmamasını səsvermə prosesində kütləvi saxtalaşdırma hallarına yol verməməsi ilə əsaslandırıb. Seçki qanunvericiliyinin normalarını kobud şəkildə pozan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edən partiya sabah Respublika meydanında aksiya keçirəcək. Sosial-demokratların liderlərinsən Bulat Abilov isə aksiyaların bütün Qazaxıstanı əhatə edəcəyini bildirib. Almatı rəhbərliyi müxalifətə şəhər ətrafında yerləşən ərazilərdən birində mitinq keçirməyə icazə verib, lakin müxalifət bəyan edib ki, aksiyalar şəhərin mərkəzində - respublika meydanında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR