Bank Of Baku

TürkPA missiyası Qazaxıstanda parlament seçkilərinin nəticələrinə dair yekun rəyini açıqlayıb

TürkPA missiyası Qazaxıstanda parlament seçkilərinin nəticələrinə dair yekun rəyini açıqlayıb
# 16 yanvar 2012 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Müşahidəçilər Missiyası Qazaxıstanda keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə yekun rəyini açıqlayıb. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

TürkPA müşahidəçilər mandatı seçkilərin şəffaf, demokratik, ədalətli keçdiyini, Qazaxıstanın qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayıb.

Assambleyanın beynəlxalq müşahidəçilər missiyasının tərkibinə Azərbaycan və Türkiyə parlamentlərinin, eləcə də TürkPA Beynəlxalq Katibliyinin nümayəndələri daxil edilib.

“Parlament seçkiləri ərəfəsində ölkədə söz və mətbuat azadlığının müdafiəsi yönündə irəliləyişlər müşahidə olunub, KİV-in sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Səsvermə zamanı seçki qərargahlarının üzvləri, namizədlər, onların vəkilləri və könüllülərinə təzyiq halları qeydə alınmayıb”.

TürkPA müşahidəçilər missiyasının baş çəkdikləri Almatı şəhərinin Almalinski və Bostondikski rayonlarıdakı seçki məntəqələrinin heç birində inzibati və ya hüquq-mühafizə orqanlarının seçki komissiyalarının işinə müdaxilə etməsi faktları aşkar olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR