Bank Of Baku

Qazaxıstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Qazaxıstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
# 17 yanvar 2012 13:42 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Qazaxıstan Mərkəzi Seçki Komissiyası keçirilən parlament seçkilərinin yekun nəticələrini elan edib. APA-nın “Novosti-Qazaxıstan”a istinadən verdiyi məlumata görə, parlamentdəki yerlər seçkilərdə qalib gələn üç partiya arasında bölünüb. Ölkə prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi “Nur Otan” partiyası səslərin 80,99 faizini toplayaraq 83 yerə sahib olub. “Ak jol” parlamentdə 8 yer, Qazaxıstan Xalq Kommunist Partiyası 7 yer qazanıb.

Seçkilərdə iştirak edən yeddi partiyadan dördü yeddi faizlik baryeri keçə bilməyib.
Parlamentdə 107 deputat yerindən 98-i partiyalara, 9-u isə ölkə Konstitusiyasına uyğun olaraq Qazaxıstan Xalqları Assambleyasının kvotasına əsasən etnik icmaların maraqlarını təmin edən təşkilatın üzvlərinə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR