Bank Of Baku

ABŞ-ın Rusiyaya yeni təyin olunan səfiri ölkə müxalifətinin liderləri ilə görüşüb

ABŞ-ın Rusiyaya yeni təyin olunan səfiri ölkə müxalifətinin liderləri ilə görüşüb
# 18 yanvar 2012 00:41 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. ABŞ-ın Rusiyaya yeni təyin olunan səfiri Maykl Antoni Makfaul (Michael Anthony McFaul) Rusiya müxalifətinin nümayəndələri ilə görüşüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ABŞ dövlət katibinin birinci müavini Vilyam Börns də iştirak etdiyi görüşdə Rusiyanın radikal müxalifətinin liderləri Boris Nemtsov, Vladimir Rıjkov, Sergey Kanayev, Lilya Şibanova, Yelena Panfilova, Lev Ponomaryov və Yevgeniya Çirikova qatılıblar. Görüş zamanı Rusiyada prezident seçkiləri öncəsi siyasi vəziyyət və Vaşinqton və Moskva münasibətləri müzakirə olunub.
Görüş barədə jurnalistlərə açıqlama verən V. Rıjkov ABŞ-lı diplomatla Rusiyadakı parlament seçkilərindən sonrakı vəziyyəti, prezident seçkiləri öncəsi kampaniyaların gedişatı müzakirə etdiklərini söyləyib: “Boris Nemtsovla bərabər ölkədəki siyasi vəziyyətlə bağlı fikirlərimizi səfirə çatdırdıq. Bundan başqa müxalifətin fevralın 4-də keçirəcəyi etiraz aksiyası ilə bağlı səfiri məlumatlandırdıq”.
Səfirlə görüşdən sonra Moskvada müxalifət liderlərinə qarşı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları müxalifəti ABŞ diplomatları tərəfindən təlimatlandırılmaqda günahlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR