Bank Of Baku

İrkutsk qubernatoru prezidentliyə namizəd üçün tələb olunan 2 milyon imzanı MSK-ya təqdim edib

İrkutsk qubernatoru prezidentliyə namizəd üçün tələb olunan 2 milyon imzanı MSK-ya təqdim edib
# 18 yanvar 2012 16:37 (UTC +04:00)
Bakı-APA. İrkutsk qubernatoru Dmitri Mezençev prezidentliyə namizədliyini dəstəkləyən 2 milyona yaxın seçicinin imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edib. APA-nın məlumatına görə, bu gün prezidentliyə namizədliyini irəli sürmək istəyən şəxslərin imza vərəqələrini MSK-ya təqdim etməsi üçün müəyyənləşmiş vaxt başa çatıb. MSK imzaların 20 faizini yoxladıqdan sonra iddiasını ortaya qoyan şəxsin prezidentliyə namizəd qismində qeydə alıb-almamağa qərar verir. Bu gün biznesmen Mixail Proxorov və “Yabloko”nun namizədi Qriqori Yavlinski də imza vərəqələrini MSK-ya təhvil veriblər. Namizədlərin yekun siyahısı yanvarın 29-da açıqlanacaq. MSk artıq baş nazir Vladimir Putinin, kommunistlərin lideri Gennadi Zyuqanovun, liberal-demokratların lideri Vladimir Jirinovskinin və Ədalətli Rusiya Partiyasının rəhbəri Sergey Mironovun prezidentliyə namizədliyini qeydə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR