Bank Of Baku

Gürcüstanda 20 Yanvar və 9 Aprel hadisələri ilə bağlı silsilə tədbirlər keçiriləcək

Gürcüstanda 20 Yanvar və 9 Aprel hadisələri ilə bağlı silsilə tədbirlər keçiriləcək
# 18 yanvar 2012 18:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə “İki millət-eyni tale” şüarı ilə 20 Yanvar və 9 Aprel hadisələrinə həsr olunan silsilə tədbirlər başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Məlumata görə, sabah səfirlik əməkdaşları və Kvemo-Kartli bölgə idarəsi rəhbərliyi nümayəndələrinin iştirakı ilə Bolnisi rayonunun Faxralı kəndinin qəbiristanlığında uyuyan 20 Yanvar şəhidi İlqar Əhmədovun qəbri ziyarət olunacaq və kənddə keçirilən gənclərin yığıncağında Gürcüstan və Azərbaycan xalqının azadlıq uğrunda faciə qurbanları yad ediləcək.

Yanvarın 19-da Azərbaycan səfirliyinin əməkdaşları Saqareco (Qaraçöp) rayonunun Yor-Muğanlı kəndinə səfər edəcək, rayon rəhbərliyi və ziyalılarla birlikdə 20 Yanvar faciəsi zamanı həlak olan şəhid Ələsgər Qaibovun ailəsinə baş çəkiləcək.

Həmin gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzində 20 Yanvar və 9 aprel hadisələrinə həsr olunan tədbir keçiriləcək.

Səfirlikdən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, bütün tədbirlərdə Azərbaycanın Tiflisdəki səfiri Azər Hüseyn çıxış edəcək.

Yanvarın 20-də səfirlik əməkdaşları, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri 9 Aprel qurbanlarının xatirəsini yad etmək üçün Gürcüstan parlamenti qarşısındakı xatirə lövhəsi önünə əklillər və gül-çiçək dəstələri qoyacaq və sonra parlamentdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn ilə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, parlamentin vitse-spikeri Fridon Todua arasında görüş olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR