Bank Of Baku

Qazaxıstan parlamentinə yeni sədr seçilib

Qazaxıstan parlamentinə yeni sədr seçilib
# 20 yanvar 2012 11:04 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Qazaxıstanın yeni formalaşmış parlamentinin ilk iclası keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iclasda təşkilatı məsələyə baxılıb. Nurlan Niqmatulin parlamentin sədri seçilib. N. Niqmatulin deputat seçilməzdən əvvəl “Nur Otan” Partiyasının sədr müavini olub.

Qeyd edək ki, ötən həftə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən prezident Nursultan Nazarbayevin başçılıq etdiyi “Nur Otan” Partiyası qanunverici orqanda 83 yer, “Ak Jol” 8 yer, Xalq Kommunist Partiyası isə 7 yerə sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR