Bank Of Baku

Ermənistanda Milli Təhlükəsizlik Nazirliyinin zabiti 7 il azadlıqdan məhrum edilib

Ermənistanda Milli Təhlükəsizlik Nazirliyinin zabiti 7 il azadlıqdan məhrum edilib
# 23 yanvar 2012 08:33 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Ermənistanda məhkəmənin qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin zabiti yeddi il azadlıqdan məhrum edilib. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşı, dördüncü əks-kəşfiyyat idarəsinin rəis müavini Armen Ter-Minasyan rüşvət almaqda günahkar bilinib.

A. Ter-Minasyan telekommunikasiya təhlükəsizliyi sahəsinə nəzarət edib. Ermənistan mətbuatında yayılan xəbərlərə görə, A. Ter-Minasyan rüşvət almaqda yox, vəzifəli şəxslərin və iri sahibkarların telefon danışıqlarını dinləyərək əldə olunan audioyazıları satmaqda ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR