Bank Of Baku

Moskva meriyası Rusiya müxalifətnin fevralın 4-nə planlaşdırdığı mitinqə icazə verməyib

Moskva meriyası Rusiya müxalifətnin fevralın 4-nə planlaşdırdığı mitinqə icazə verməyib
# 23 yanvar 2012 09:54 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya müxalifətinin fevralın 4-nə planlaşdırdığı mitinqə Moskva meriyası tərəfindən icazə verilməyib. APA-nın Moskva müxbirinin məlumatına görə, 2011-ci il dekabrın 4-də keçirlən paarlament seçkilərinə etiraz məqsədilə müxalifətin Moskvanın Kalukskiy meydanından Manej meydanınadək olan ərazidə keçirilməsi planlaşdırılan yürüş-mitinq təklifinə meriya rədd cavabı verib. Meriyanın açıqlamasında mitinqə icazə verilməməsinə səbəb kimi aksiya iştirakçılarının təhlükəsizliyinə təminatla bağlı problem olduğu göstərilib.

Moskva merinin müavini Aleksandr Qorbenko müxalifət liderlərinə şəhərdən kənarda alternativ yerlər təklif olunduğunu söyləyib. Onun sözlərinə görə, bu böyüklükdə etiraz aksiyasını paytaxtın mərkəzində keçirərək şəhər əhalisini narahat etmək olmaz. A. Qorbenko etiraz aksiyasının fevralın 5-də keçirilməsini və mitinq iştirakçılarının sayının 50 mindən 10 minə endirilməsini istəyib.

Rusiya müxalifəti isə meriyanın qərarına baxmayaraq, mitinqin nəzərdə tutulan yerdə və vaxtda keçiriləcəyini elan edib. Mitinqin təşkilatçılarından olan Natalya Mituşina aksiyanın fevralın 4-də saat 14:00-da Kalujskiy və Manej meydanları arasında keçiriləcəyini söyləyib.

Qeyd edək ki, Rusiya müxalifəti ötən il dekabrın 10-da Moskvanın Bolotnıy meydanında, 24-də isə Saxarov küçəsində 100 min nəfərlik mitinq keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR