Bank Of Baku

Rusiyanın Kaluqa vilayətində qafqazlılar əleyhinə etiraz aksiyası keçirilib - FOTO

Rusiyanın Kaluqa vilayətində qafqazlılar əleyhinə etiraz aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 23 yanvar 2012 16:52 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Kaluqa vilayətində qafqazlılar əleyhinə etiraz aksiyası keçirilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskvadan minlərlə nümayişçi Kaluqa vilayətinin Maloyaroslavets şəhərinə toplaşıb. Nümayişçilər ötən ilin sentyabrında “Spartak” futbol klubunun azadkeşi Aleksey Yerşovu bıçaqlamış milləyətcə erməni 19 yaşlı Andronik Simonyanın azadlığa buraxılmasına etiraz ediblər. Onlar A. Simonyanın dərhal hüquq-mühafizə orqanları tərəfindən yaxalanaraq cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, A. Simonyan hadisəni törədəndən sonra hüquq-mühafizə orqanları tərəfindən yaxalansa da, məhkəmə ona şərti cəza verərək azadlığa buraxıb.

Nümayişçilər bundan qabaq qafqazlılar tərəfindən qətlə yetirilən Yuri Volkov və Yeqor Svidorovunun cinayət işlərinin də bu cinayət işinə birləşdirilməsini tələb ediblər. Onlar baş verən cinayətlərin etnik zəmində törədildiyini və bunun cəzasının bütün qafqazlılara şamil olunmasını tələb etdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR