Bank Of Baku

Sergey Lavrov: “Rusiya imkan verməyəcək ki, Suriyada Liviya ssenarisi təkrarlansın”

Sergey Lavrov: “Rusiya imkan verməyəcək ki, Suriyada Liviya ssenarisi təkrarlansın”
# 25 yanvar 2012 11:13 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiya imkan verməyəcək ki, Suriyada Liviya ssenarisi təkrar olunsun”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Moskvada keçirdiyi brifinqdə deyib.

S. Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı qəbul olunan qətnamələri Rusiya və Çinlə razılaşdırılmadan icra oluna bilməz: “Bu gün Suriyada baş verənlər danışıqlar yolu ilə həll olunmalıdır. Suriya xalqına öz müqəddaratını həll etmək hüququ verilməlidir. Xaricdən Suriyaya müdaxilə yolverilməzdir”.

Ə. Davudoğlu da Suriyaya hərbi müdaxilənin əleyhinə olduqlarını açıqlayıb. Onun sözlərinə görə, Suriya probleminin həlli yolu kənar güclərin hərbi müdaxiləsi deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR