Bank Of Baku

Rusiya müxalifəti ilə Moskva meriyası arasında mitinq keçirmək barədə razılıq əldə olunub

Rusiya müxalifəti ilə Moskva meriyası arasında mitinq keçirmək barədə razılıq əldə olunub
# 26 yanvar 2012 18:28 (UTC +04:00)
A. Qorbenko müxalifətin təklif etdiyi mitinq marşrutlarından birini qəbul etdiklərini söyləyib. Müxalifət liderləri - Vladimir Rıjkov, Gennadi Qudkov və Sergey Parxomenko ilə görüşdüklərini söyləyən şəhər merinin müavini müxalifətə fevralın 4-də Bolotnıy meydanında kütləvi aksiya keçirməyə icazə verildiyini söyləyib.
Xatırladaq ki, Rusiya müxalifəti Moskva meriyasına fevralın 4-ə Kreml yaxınlığındakı Manej meydanında keçirmək istəməsi ilə bağlı müraciət ünvanlanmışdı. Lakin meriya şəhər əhalisinin narahat edilməsi və mitinq iştirakçılarının təhlükəsizliyi ilə əlaqədar Menej meydanında mitinqin keçirilməsinə icazə verməmişdi.
Qeyd edək ki, Rusiya müxalifəti ötən il 2011-ci il 4 dekabr tarixində keçirilən parlament seçkilərinə etiraz məqsədilə dekabrın 10-da Moskvanın Bolotnıy meydanında, 24-də isə Saxarov küçəsində 100 min nəfərlik mitinq keçirib.
Onu da qeyd edək ki, Rusiyada martın 4-də keçiriləcək prezident seçkilərinə namizədlərin yekun siyahısı bəlli olmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının son məlumatında Namizədlərdən indiki baş nazir Vladimir Putinin, kommunistlərin lideri Gennadi Zyuqanovun, Liberal-Demorat Partiyasının sədri Vladimir Jirinovskinin və iş adamı Mixail Proxorovun namizədliyi qeydə alınıb. “Yabloko” partiyasının sədri Qriqori Yavlinskinin namizədliyi isə qeydə alınmayıb. Buna səbəb namizədlik üçün toplanan imzaların 24 faizinin saxta olması bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR