Bank Of Baku

Rusiya Dövlət Dumasına seçkilər günü üç terror aktının qarşısı alınıb

Rusiya Dövlət Dumasına seçkilər günü üç terror aktının qarşısı alınıb
# 27 yanvar 2012 12:37 (UTC +04:00)
Terrorçular səsvermə günü Penza, Saratov və Mahaçqalada partlayışlar törətməyi planlaşdırıbmış

Bakı-APA. Rusiya Dövlət Dumasına seçkilər keçirilən gün üç terror aktının qarşısı alınıb. APA-nın məlumatına görə, bu barədə Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev açıqlama verib. Onun sözlərinə görə, səsvermə günü terror aktlarının törədiləcəyinə dair 6 məlumat daxil olub, bu məlumatlardan üçü təsdiqini tapıb. Terrorçular Mahaçqala, Saratov və Penzada partlayışlar törətməyi planlaşdırıbmış. Nurqaliyev hadisənin detallarını açıqlamayıb.

DİN rəhbəri seçilərlə bu və ya digər dərəcədə əlaqəsi olan 59 fakt üzrə cinayət işinin başlandığını bildirib. O, səsvermə günü ictimai asayişin tam təmin olunduğunu, kobud pozuntulara, terror aktlarına imkan verilmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR