Bank Of Baku

Gürcü alimlər Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanununun səhv addım olduğunu vurğulayıblar

Gürcü alimlər Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanununun səhv addım olduğunu vurğulayıblar
# 27 yanvar 2012 23:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan alimləri - Suxumi Dövlət Universitetinin professorları, tarix elmləri doktorları Quram Marxuliya və Boris Qvarasxeliya Fransa parlamentinin “erməni soyqırım”ını inkar edənlərin cəzalandırılmasına dair qərarına münasibət bildiriblər.

Professor Q. Marxuliya jurnalistlərə açıqlamasında Fransanın bu qərarı qəbul etməklə səhv addım atdığını bildirib. Q. Marxuliya qeyd edib ki, Nikolya Sarkozi 500 min erməni seçicisinin səsini qazanmaq üçün öz dövlətinin gələcəyini düşünmür, Türkiyə kimi böyük bir dövlətlə əlaqələrinə, eyni zamanda Fransanın siyasətinə və iqtisadiyyatına zərbə vurur. “Osmanlı imperiyası ilə müharibədə Fransa Türkiyənin torpaqlarını işğal etməyə cəhd edirdi. O dövrdə insan qırğınının səbəbkarı Fransa və Rusiya idi. Sarkozi bu qərarı qəbul etməklə sadəcə bir oyun oynayır.”

Professor Boris Qvarasxeliya vurğulayıb ki, «bu mövzuda Fransanın özünü mühakimə etmək lazımdır». «Fransa səhv addım atır. Axı, o, Minsk Qrupunun sədri kimi hər bir münaqişəni sülh yolu ilə həll etməyə çalışmalıdır. Lakin «erməni soyqırımı» ilə bağlı qərar qəbul etməklə Fransa Türkiyə ilə əlaqələrinə xələl vurur, eyni zamanda Cənubi Qafqazda Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını kölgə altında qoyur. Bir tarixçi kimi deməliyəm ki, «erməni soyqırımı» məsələsində ehtiyatlı olmaq və tarixi faktları üzə çıxarmaq lazımdır. Bu isə tarixçilərin işidir, siyasətçilərin işi yox», deyə Qvarasxeliya qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR