Bank Of Baku

Qazaxıstan müxalifəti paytaxt Almatıda mitinq keçirir

Qazaxıstan müxalifəti paytaxt Almatıda mitinq keçirir
# 28 yanvar 2012 10:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qazaxıstan müxalifəti Almatı şəhərində mitinqlərə başlayıb. APA-nın Qazaxıstan KİV-nə istinadən verdiyi məlumata görə, ötən parlament seçkilərinin nəticələrinə etiraz məqsədilə keçirilən razılaşdırılmamış mitinq «Qazaxıstan» mehmanxanasının qarşısında keçirilir. Mitinq iştirakçıları polis tərəfindən əhatəyə alınıb. Əvvəlcə polis müxalifət liderlərinin mitinqə qatılmasına mane yaratsa da, artıq bu məhdudiyyət aradan qaldırılıb. Hazırda mitinq müxalifət liderləri olan Bolat Abilov, Jarmaxan Tuyakbayev, Muxtar Şaxanov və digərlərinin iştirakı ilə davam etdirilir. Mindən artıq şəxsin qatıldığı mitinqdə çıxış edənlər iqtidarı seçkiləri saxtalaşdırmaqda, söz və insan hüquqlarını pozmaqda ittiham ediblər. Vətəndaşları iqtidara qarşı birləşməyə və demokratik dəyərlər uğrunda mübarizəyə çağırıblar.

Aksiyada bir müddət əvvəl ölkənin Janaozen şəhərində baş verən hadisələr zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbləri də səslənib: «Həmçinin, prezident söz verməlidir ki, qazax xalqına qarşı silah işlətməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR