Bank Of Baku

Moskva İranla nüvə danışıqlarının tezliklə bərpa olunmasını təklif edir

Moskva İranla nüvə danışıqlarının tezliklə bərpa olunmasını təklif edir
# 01 fevral 2012 20:29 (UTC +04:00)
Bakı-APA. Rusiya hökuməti Avropa Birliyi, «Altılıq» ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) və İran arasında Tehranın nüvə proqramına dair danışıqların davam etdirilməsinə tərəfdardır. Bu barədə Rusiya XİN başçısının müavini Sergey Ryabkov və Avropa siyasi məsələlər üzrə xarici siyasət xidmətinin İcraçı baş katibi Helqa Şmidin görüşünün yekunlarına əsasən yayılmış bəyanatda deyilir.

«Görüşdə İranın nüvə proqramı ətrafındakı hazırkı vəziyyət, o cümlədən AB Şurasının yanvarın 23-də İrana qarşı qəbul etdiyi yeni sanksiyalar müzakirə olunub. Rusiya tərəfi bu problemin AB xarici işlər və təhlükəsizlik siyasi üzrə ali komissarı Ketrin Eşton, «altılığ»ın siyasi direktorları və İran nümayəndələri arasında danışıqların tezliklə bərpa olunması vasitəsilə siyasi-diplomatik yolla həll olunmasının vacibliyi vurğulanıb», deyə bəyanatda vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR