Bank Of Baku

Rusiyanın baş sanitar həkimi: “Moskva sakinlərinə müxalifətin mitinqinə getməyi məsləhət görmürəm”

Rusiyanın baş sanitar həkimi: “Moskva sakinlərinə müxalifətin mitinqinə getməyi məsləhət görmürəm”
# 03 fevral 2012 10:19 (UTC +04:00)
APA-nın Moskva bürosunun məlumatına görə, baş sanitar həkim mitinqin keçiriləcəyi gün Moskvada hava şəraitinin kəskin pisləşəcəyini söyləyib. Onun sözlərinə görə, rütubətin çox və temperaturun -20 dərəcədən aşağı olması saatlarla küçələrdə qalan insanların sağlamlığına böyük zərbə vuracaq: “İsti çay içmək buna kömək edə bilməz. Alkoqollu içkilər qəbul etmək qətiyyən olmaz. Ən yaxşısı mitinqlərdə iştirak etməməkdir. Çünki bu sizin sağlamlığınız üçün lazımdır. Əgər kimsə iştirak etmək istəyirsə, nənələrin bir zamanlar tikdiyi çəkmə və kürkləri geyinib mitinqə gələ bilər. O zaman həmin insana soyuqdan heç bir ziyan gəlməz”.

Qeyd edək ki, Rusiya müxalifəti fevralın 4-də Moskvanın Bolotnıy meydanında mitinq keçirməyi planlaşdırır. Müxalifət nümayəndələrinin sözlərinə görə, mitinqdə 75 min nəfərin iştirakı gözlənilir.
Xatırladaq ki, Rusiya müxalifəti ötən il 2011-ci il 4 dekabr tarixində keçirilən parlament seçkilərinə etiraz məqsədilə dekabrın 10-da Moskvanın Bolotnıy meydanında, 24-də isə Saxarov küçəsində 100 min nəfərlik mitinq keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR