Moskvanın əsas aeroportunu «kiborqlar» qoruyacaq
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aeroportda reallaşdırılan layihə «Kiborq» («Cyborg») adını daşıyır. Hava limanının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən daimi gəzdirilən kameralar səs və videonu yaza biləcək. Kameranın yaddaşına köçürülənlər daha sonra nəzarətçilər tərəfindən öyrəniləcək. Layihənin 2012-ci il ərzində reallaşması nəzərdə tutulur.
«Domodedovo» aeroportunda gözlənilən daha bir yenilik «Ağıllı hasar» («Smart Fence») layihəsidir. Layihəyə əsasən, hava limanında perimetr üzrə kameralar, hərəkət sensorları və vibrasiyanın daxil olduğu müşahidə sistemi quraşdırılacaq. Hazırda «Ağıllı hasar»ın uzunluğu 10 km, limanın perimetri isə 20 km təşkil edir. Sözügedən işlər cari ilin sonunadək başa çatdırılacaq.
Bundan başqa, uçuş-enmə zolağı istisna olunmaqla, aeroport ərazisi texnoloji «Wi-Fi»la əhatə olunacaq. Ona daxil olma imkanları isə yalnız hava limanının əməkdaşları üçün mümkün olacaq. Belə ki, onlar bu yolla rəhbərliyin göstərişlərini alacaq. Sərnişinlər isə aeroportun terminalında mobil operatorların təqdim etdiyi pulsuz «Wi-Fi»dan istifadə edə biləcək.
Bununla yanaşı, «Domodedovo» aeroportunda videomüşahidə sistemi modernləşdiriləcək. Yeni sistem hava limanının müxtəlif istiqamətlərində quraşdırılmış 15 min kameranı birləşdirəcək ki, bu da şəklin daha aydın və dəqiqliklə ötürülməsinə imkan verəcək. Bu sistem yalnız təhlükəsizlik məqsədi daşımayacaq. O, eyni zamanda sərnişinlərə yüksək xidmət göstərilməsinə yardım edəcək. Məsələn, operator sərhəd nəzarəti üçün növbələrin yaranmasını müşahidə edərsə, dərhal əlavə kabinlərin açılması göstərişini verəcək.
Qeyd edək ki, «Domodedovo» aeroportu sərnişin daşımalarına görə Rusiyanın ən iri hava limanıdır. Belə ki, 2011-ci il ərzində aeroportda sərnişin axını 25,7 mln. nəfər təşkil edib. Rusiyanın digər hava limanlarından fərqli olaraq, «Domodedovo» dövlətə deyil, investorlara məxsusdur. Ötən ilin dekabr ayında sözügedən hava limanı satışa çıxarılıb.
MDB
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Xəbər Lenti
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB
Almaniyada atışma baş verib, 5 nəfər ölüb
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Tramp neftin qiymətinin düşdüyünü bildirir
Tramp: İran görüş keçirilməsini istəyib, danışıqlar sabah Dohada baş tutacaq
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçıları Fəxri xiyabanı ziyarət edib
Siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayıb
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq