Bank Of Baku

Vladimir Putin: “Rusiyada siyasi məhbus yoxdur”

Vladimir Putin: “Rusiyada siyasi məhbus yoxdur”
# 06 fevral 2012 15:19 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putin politoloqlarla görüşündə deyib. O bildirib ki, penitensiar sistemdə, həbsxanalarda vəziyyəti yaxşılaşdırmaq və qanunvericiliyi humanistləşdirmək üzərində düşünmək lazımdır: “Hansısa məqamlarda amnistiya da həyata keçirmək olar, lakin indi geniş miqyaslı amnistiyaya ehtiyac yoxdur. Axı hansı səbəblə bunu edək?!”

V. Putin siyasi amnistiya anlayışı ilə nəyin nəzərdə tutulduğunu anlamadığını söyləyib: “Mənim fikrimcə, bizdə siyasi məhbus yoxdur, Allaha şükür... Lakin bu barədə danışırlar, həm də ad çəkmədən. Heç olmasa siyasi motivlərlə yatan bir nəfəri göstərsinlər”.

Xatırladaq ki, şənbə günü müxalifətin Moskvada keçirilən mitinqində siyasətçi Vladimir Rıjkov və jurnalist Olqa Romanova siyasi məhbusların siyahısını hazırladıqlarını və Kremlə təqdim edəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR