Bank Of Baku

Sinif yoldaşlarına qarşı sui-qəsddə ittiham olunan Moskva məktəblisi Serj Arutunyan günahını boynuna alıb

Sinif yoldaşlarına qarşı sui-qəsddə ittiham olunan Moskva məktəblisi Serj Arutunyan günahını boynuna alıb
# 07 fevral 2012 13:28 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskva şəhər Məhkəməsində prokuror ittiham aktını elan edib. Hakimin “özünü günahkar sayırsanmı?” sualına cavabında S. Arutunyan “tam günahkar sayıram” cavabını verib. O, cinayət əməlini hansı səbəbdən törətdiyini şahidlərin və zərərçəkənlərin ifadələrindən və sübutlarla tanış olduqdan sonra məhkəmə istintaqının yekununda izah etmək fikrindədir.

Məhkəmə iclasında 3 zərərçəkən dindirilib. Hadisə zamanı gözü kor olan məktəbli qız bildirib ki, S. Arutunyan heç nə demədən ona hücum edərək bıçaqla üzünə və qarnına zərbələr endirib. Digər zərərçəkən S. Arutunyanın məktəbdə özünü çox aqressiv apardığını və boksla məşğul olduğunu söyləyib.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan S. Arutunyan 2011-ci ilin aprelində naməlum səbəbdən 4 sinif yoldaşına hücum edərək onlara çoxsaylı bıçaq zərbələri endirib. Polis tərəfindən saxlandıqdan sonra o, günahını etiraf etməyib və ifadə verməkdən imtina edib. Moskvanın Preobrajensk rayon Məhkəməsinin qərarı ilə S. Arutunyan haqqında həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR