Bank Of Baku

Son 10 ildə Ermənistan əhalisinin sayı 173 min nəfər azalıb

Son 10 ildə Ermənistan əhalisinin sayı 173 min nəfər azalıb
# 07 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Ermənistanda əhalinin siyahıya alınması prosesinin ilkin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, ötən il oktyabrın 12-dək Ermənistanda 2,871,509 nəfər yaşayıb. Bu nəticələrə əsasən ölkə əhalisinin sayı başqa ölkələrdə işləyən əmək miqrantları da daxil olmaqla 3,285,767 nəfər təşkil edir. Xatırladaq ki, 2001-ci ildə keçirilən siyahıyaalma zamanı ölkə əhalisinin sayı əmək miqrantları ilə birlikdə 3,458,303 nəfər təşkil etmişdi, o zaman ölkə 3,002,598 nəfərin yaşadığı açıqlanmışdı. Bununla da son 10 ildə Ermənistanın əhalisi 173 min nəfər azalıb. Ölkənin mövcud əhalisinin 12,6 faizi hazırda Ermənistan hüdudlarından kənardadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR