İslam İnkişaf Bankı Gürcüstanda təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə yardım verib
AMM-in rəhbəri Fazil Həsənov APA-ya açıqlamasında bu yardım layihəsinin İİB tərəfindən təqaüd proqramı şəkilində həyata keçiriləcəyini bildirib. “Biz iki il bundan əvvəl İİB ilə azərbaycanlı tələbələrə faizsiz kredit vermək barədə memorandum imzaladıq. Bu ildən başlayaraq İİB azərbaycanlı tələbələrə artıq yardım göstərməyə başlayıb. Bu gün biz mətbuat nümayəndələrinin və rəsmi şəxslərin iştirakı ilə Gürcüstanın universitetlərində təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə bu yardımı təqdim etdik. Bu yardımlar davam edəcək. Memoranduma əsasən bizə ixtiyar verilib ki, daha 5 nəfəri uyğun gələn meyarlarla seçib yardım üçün İİB-na təqdim edək. İlk olaraq tibb universitetlərində təhsil alan 5 tələbəyə və bir nəfər mühasibat fakültəsində təhsil alan tələbəyə yardım etdik. Çox məmnunam ki, AMM Gürcüstanda İİB-nın əsas vasitəçi nümayəndəliyi seçilib. Bizim təhsillə bağlı bir çox layihələrimiz olduğuna görə, bizə indi Gürcüstanda və xaricdə təhsil alan azərbaycanlı tələbələrə ayrılan təqaüd proqramları və təhsillə bağlı humanitar yardımlar etibar edilir. Biz bu etibara görə, həm Azərbaycan dövlətinə, həm Heydər Əliyev Fonduna dəstək üçün, həm də İİB-na, eyni zamanda Gürcüstan dövlətinin bu layihədə iştirak edən nümayəndələrinə təşəkkürümüzü bildiririk. İlk vaxtlar əhali faizsiz kredit nə olduğunu bilmirdi. Biz 8 nəfər seçdik və ondan 6 nəfər tələbəyə yardım göstərmək barədə İİB tərəfindən bizə hər bir tələbənin illik təhsil (təxminən 2.500 dollar həcmində) haqqı və hər ay 100 dollar təqaüd, üstəgəl ildə bir dəfə 300 dollar məbləğində geyim və dərslik ləvazimatları üçün yardım olunacaq. Tələbə üçün tibbi sığorta da nəzərdə tutulub. Bu proses tələbənin oxuduğu müddətdə davam edəcək. Təxmini hesablamalara görə, tələbəyə 15 min dollar faizsiz yardım ayrılacaq və onlar bunu hissə-hissə alacaqlar. Layihədə təhsil müddətində çəkilən xərc, tələbə ali təhsil ocağını bitirib işə başladıqdan sonra müqaviləyə əsasən hissə-hissə faizsiz olaraq geri ödəniləcəyi nəzərdə tutulub. Bundan sonar biz AMM olaraq müstəqil şəkildə bu layihəni həyata keçirəcəyik”.
Fazil Həsənov əlavə olaraq qeyd edib ki, İİB-nın maliyyələşdirdiyi bu layihədə xaricdə bakalavr pilləsində təhsil almağa da şərait yaradılıb. “Belə ki, tələbələrin ehtiyaclarını nəzərə alaraq, məbləğ dəyişəcək və xaricə getmək üçün yol xərcləri də təhsil xərclərinə əlavə olunacaq. İnanırıq ki, bir neçə ildən sonra artıq onlarla azərbaycanlı tələbə intellektli şəxslər kimi Gürcüstanda mühüm vəzifələrdə çalışacaq, krediti ödəyərək digər tələbələri də bu proqrama cəlb etmiş olacaqlar. Bu da gənclərdə stimul və məsuliyyət yaradacaqdır. Belə bir layihə ilk dəfədir ki, ölkəmizdə müsəlman icmaları üçün reallaşır. İnanıram ki, istedadlı, lakin imkansız şəxslər bundan razı qalacaqlar", deyə Fazil Həsənov bildirib.
Qeyd edək ki, İİB-nın ayırdığı yardım layihəsi bütün bölgələrdə yaşayan müsəlman tələbələr üçün nəzərdə tutulub.
Tədbirdə Tiflis Tibb Universitetində təhsil alan tələbələrdən Əzəmət Məmmədov, Sara Mahmudova, Xavər Mədinəyeva, Elçin Qədimov, Maya Qocayeva və mühasiblik fakültəsində təhsil alan Şəfəq Məmmədovaya 700 dollar həcmində yardım təqdim edilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, jurnalistlər, Gürcüstanın ali məktəblərində və Yaxın Doğu Universitetində təhsil alan tələbələr, ziyalılar və valideynlər iştirak edib.
MDB
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Xəbər Lenti
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB
Almaniyada atışma baş verib, 5 nəfər ölüb
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Tramp neftin qiymətinin düşdüyünü bildirir
Tramp: İran görüş keçirilməsini istəyib, danışıqlar sabah Dohada baş tutacaq
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçıları Fəxri xiyabanı ziyarət edib
Siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayıb
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq