Bank Of Baku

Dağıstanda 3 silahlı öldürülüb

Dağıstanda 3 silahlı öldürülüb
# 11 fevral 2012 07:33 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Qarabudaqkənd rayonu ərazisində keçirilən xüsusi əməliyyat nəticəsində 3 silahlı şəxs öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub, 1-i yaralanıb.

Əməliyyat fevralın 10-da axşam başlayıb. Bir evdə gizlənən silahlılar mühasirəyə alınıb. Onlara təslim olmaq təklif edilib, lakin silahlılar müqavimət göstəriblər. Əməliyyatdan əvvəl yaxınlıqdakı evlərdən sakinlər təxliyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR