Bank Of Baku

Moskvada 20 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib

Moskvada 20 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib
# 14 fevral 2012 18:05 (UTC +04:00)
Bakı-APA. Moskvada Rusiya Mərkəzi Seçki Komissiyasının qarşısında icazəsiz keçirilən etiraz aksiyasının 20 iştirakçısı həbs olunub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, aksiyanı müxalif “Druqaya Rossiya” partiyası təşkil edib. Aksiya iştirakçıları “Diktaturanın qarşısını alaq” yazılı şüarı qaldırıblar, vərəqələr paylayıblar. Polis aksiya iştirakçılarına xəbərdarlıq edəndən sonra piketin qarşısını alıb.
“Druqaya Rossiya” partiyası martın 4-də keçiriləcək prezident seçkilərinə qədər həftənin hər çərşənbə axşamı piket keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR