Bank Of Baku

Gürcüstan XİN: “Gürcüstanın işğal olunmuş əraziləri faktiki olaraq böyük hərbi bazaya çevrilir”

Gürcüstan XİN: “Gürcüstanın işğal olunmuş əraziləri faktiki olaraq böyük hərbi bazaya çevrilir”
# 15 fevral 2012 23:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Xarici İşlər Nazirliyi Sxinvali regionunda rus qoşunlarının işğal altında olan ərazilərində qondarma Osetiya batalyonunun yaradılması barədə bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatı yaymaqla Gürcüstan XİN beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, Rusiya Gürcüstanın işğal olunmuş rayonlarına son hücum silahları gətirməklə hərbi infrastruktur qurur. “Faktiki olaraq Gürcüstanın işğal olunan əraziləri böyük hərbi bazaya çevrilir. İşğal ərazisində yaşayan əhali isə ya bu hərbi bazalarda işləyir, ya da işğalçı qüvvələrdə xidmət edirlər. Buna misal, qondarma Osetiya batalyonunun təşkil edilməsidir”, deyə bəyanatda bildirib.

Xarici İşlər İdarəsinin bəyanatına görə, “Rusiyanın işğal ərazilərində olan hərbi qüvvələrinin gücünün artırılması üçün əlavə maliyyə və material ehtiyatları ayrılması fonunda hər gün Rusiya ərazisində olan hərbi və yaxud nüvə obyektlərində partlayışlar baş verir ki, bu da ilk növbədə Rusiyanın özündə, eləcə də qonşu ölkələrin ərazilərində və bütün dünya əhalisi üçün real təhlükə yaradır”.

Bəyanatda qeyd olunub ki, “kütləvi informasiya vasitələrinin məlumatına görə, işğal olunmuş Sxinvali regionunda Rusiya işğal qüvvələrinin qondarma dördüncü bazasında bir qondarma Osetin batalyonu yaradılıb. Yayılan məlumata görə, işğal olunmuş regionun sakinləri qondarma Osetin batalyonunda işə qəbul ediləcək və onların əmək haqları müqavilə əsasında Rusiya ordusunda xidmət edən şəxslərin əmək haqqına bərabər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR