Bank Of Baku

Rusiya prezidentliyinə namizəd: “Mironov və Proxorov seçkilərə beş gün qalmış namizədliklərini Vladimir Putinin xeyrinə geri götürəcəklər”

Rusiya prezidentliyinə namizəd: “Mironov və Proxorov seçkilərə beş gün qalmış namizədliklərini Vladimir Putinin xeyrinə geri götürəcəklər”
# 16 fevral 2012 16:13 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski prezidentliyə digər namizədlər – “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) Partiyasının sədri Sergey Mironov və iş adamı, milyarder Mixail Proxorovun seçkilərə beş gün qalmış namizədliklərini Vladimir Putinin xeyrinə geri götürəcəklərini iddia edib. APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Jirinovski Mironov və Proxorovu oyuncaq namizəd adlandırıb: “Onlar hər ikisi Putinin qələbə qazanması üçün prezidentlik yarışından çəkiləcək”.

Qeyd edək ki, Rusiyada martın 4-də prezident seçkiləri keçiriləcək. Prezident postu uğrunda 5 namizəd - baş nazir Vladimir Putin (“Vahid Rusiya” Partiyası – “Edinnaya Rossiya”), Gennadi Zyuqanov (Kommunist Partiyası), Vladimir Jirinovski (Liberal Demokrat Partiyası), Sergey Mironov (“Ədalətli Rusiya” Partiyası) və iş adamı, milyarder Mixayıl Proxorov mübarizə aparır.

Siyasi şərhçilər və ölkə mətbuatı M. Proxorovun Kremlin layihəsi, S. Mironovun isə Putinin yaxın dostu olduqlarını iddia edir. Onların seçkiyə məhz Putinin göstərişi ilə qatıldıqları söylənilir.

Rusiya İctimai Rəyi öyrənən Mərkəzinin (VTSİOM) son anket araşdırmasında V. Putin 53,3 faiz, G. Zyqanov 10,3 faiz, V. Jirinovski 8,2 faiz, M. Proxorov 4,6 faiz, S. Mironov isə 3,3 faiz seçici səsi qazanacağı ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR