Milli Məclisin üzvləri MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcəklər
14 aprel 2012 10:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Milli Məclisin (MM) deputatları Rüfət Quliyev, Hacı Salayev, Adil Əliyev, Rasim Musabəyov və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının (PA) daimi komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib.
Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının gündəliyinə MDB PA-nın 20 illik yubileyi, MDB-yə üzv dövlətlərdə keçirilən prezident, parlament seçkilərində, referendumlarda qurumun müşahidəçilərinin rolu, analitik məlumat mərkəzinin işi barədə və digər məsələlər daxil edilib.
Hüquqi məsələlər daimi komissiyasında “Məhkəmə öncəsi mübahisələrin həllində vasitəçilik barədə”, “Kommersiya sirri haqqında” model qanun layihələri, MDB PA-nın model qanunvericilik aktlarının və tövsiyələrin hazırlanması haqqında Əsasnamədə əlavələr və dəyişikliklər edilməsi, quruma üzv dövlətlər üçün hüquqi terminologiya lüğətinin layihəsi ilə bağlı müzakirələr aparılacaq.
Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının yığıncağında MDB PA-ya üzv dövlətlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi, telekommunikasiya şəbəkələrinin istismarının hüquqi tənzimlənməsi, antiterror, ekstremizm, insan alverinə qarşı, korrupsiya ilə mübarizə sahələrinə aid milli qanunvericiliyin təkmilləşdirilməsi və model qanunların hazırlanması məsələlərinə baxılacaq.
MM üzvləri komissiyalarda müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bölüşəcəklər.
Səfər aprelin 20-də başa çatacaq.

MDB
Zelenski Makronun "Olimpiya atəşkəsi" təklifini rədd edib
10:37
18 may 2024
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024