Bank Of Baku

Dmitri Medevedev “Vahid Rusiya” partiyasının lideri olacaq

Dmitri Medevedev “Vahid Rusiya” partiyasının lideri olacaq
# 16 aprel 2012 16:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Dmitri Medvedev hakim “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) partiyasının lideri olacaq. APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Dmitri Medvdev mayın 7-də prezident vəzifəsini Vladimir Putinə təhvil verdikdən sonra hakim “Vahid Rusiya” partiyasına rəhbərlik edəcək. Məlumatda o da bildirilir ki, V. Putin partiyanın idarə heyətindən Medvedevi rəhbər seçmələrini tələb edəcək.

V. Putinin mətbuat katibi Dmitri Peskov Medvedevin “Vahid Rusiya” partiyasının rəhbəri olacağı ilə bağlı iddialara şərh verməyib. O deyib ki, “Vahid Rusiya”nın rəhbərini partiyanın idarə heyəti seçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR