Bank Of Baku

Sergey Lavrov: İran dünya ictimaiyyətinin etimadını qazanandan sonra Tehrana qarşı qəbul edilən sanksiyalar ləğv edilməlidir

Sergey Lavrov: İran dünya ictimaiyyətinin etimadını qazanandan sonra Tehrana  qarşı qəbul edilən sanksiyalar ləğv edilməlidir
# 17 aprel 2012 03:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Rusiya İrana qarşı hər cür yeni sanksiyaların tətbiq edilməsinə qarşıdır”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Yakov Amidorla görüşündə deyib. O bildirib ki, İrana qarşı hər cür təzyiqin əleyhinədir: “Tehran dünya ictimaiyyətinin etimadını qazanandan sonra İrana qarşı qəbul edilən sanksiyalar ləğv edilməlidir. Birtərəfli sanksiyalar qəbul edilməzdir. Daha əvvəlki müzakirələrdə qəbul edilmişdir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə həyata keçirdiyi nüvə proqramının sülh məqsədli olduğunu göstərsə, bütün hüquqlardan istifadə edəcək. Lakin təəssüf ki, bu belə olmadı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR