Bank Of Baku

Gürcüstan prezidentinin anasına “Türk dünyasına xidmət” mükafatı təqdim edilib

Gürcüstan prezidentinin anasına “Türk dünyasına xidmət” mükafatı təqdim edilib
# 18 aprel 2012 20:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında keçirilən elmi simpoziumda Gürcüstan prezidentinin anası, Gürcüstan-Azərbaycan “Dostluq Evi”nin prezidenti, professor Giuliya Alasaniyaya “Türk dünyasına xidmət” mükafatı təqdim edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mükafat Tiflisdə başlanan Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası mövzusunda keçirilən beynəlxalq elmi simpoziumda verilib. G. Alasaniya jurnalistlərə açıqlamasında bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirib. “Belə tədbirlər Qafqazın birliyi ideyasına xidmət edir. Tədbirin maraqlı olması millətləri birliyə çağırır. Çünki Qafqaz bir olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR