Bank Of Baku

Yuliya Timoşenkoya xaricdə müalicə olunmağa icazə verilməyəcək

Yuliya Timoşenkoya xaricdə müalicə olunmağa icazə verilməyəcək
# 20 aprel 2012 19:54 (UTC +04:00)
Bakı-APA. Həbsxanada olan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya xaricdə müalicə olunmağa icazə verilməyəcək. APA-nın məlumatına görə, Ukraynanın baş prokuroru Viktor Pşonka belə bir bəyanatla çıxış edib.

«Timoşenkonun Ukraynadan xaricdə müalicəsi qanunla nəzərdə tutulmayıb. Məhbusların müalicə üçün xaricə getməsini nəzərdə tutan qanun dünyanın heç bir ölkəsində yoxdur», deyə baş prokuror bildirib.

Timoşenkonun ukraynalı həkimlərin xidmətindən istifadə etmək istəməməyini Pşonka məhkəmə prosesini uzatmaq cəhdi kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR